Sergey Şoyqu: "Rusiya MDB ölkələrində, o cümlədən Ermənistanda öz hərbi bazalarını inkişaf etdirəcək"
29 Oktyabr 2014 14:01
Rusiya xaricdəki hərbi bazalarını fəal şəkildə inkişaf etdirəcək. Bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.
Bu barədə Trend "Novosti-Armeniya" saytına istinadən xəbər yayıb.
Şoyqu Müdafiə Nazirliyi yanında İctimai Şuranın iclasında çıxış edərkən deyib: "Biz xaricdəki - Qırğızıstan, Tacikistanda, Ermənistandakı hərbi bazalarımızı inkişaf etdirməkdə davam edəcəyik. Ümumilikdə, kifayət qədər fəal inkişaf edirik".
Nazir onu da xatırladıb ki, bu yaxınlarda Rusiya eskadrilyası Belarusda döyüş növbəsi və təlim aparmağa başlayıb.
Milli.Az