""Milli Şura" adlı qurum yoxdur və bundan söhbət gedə bilməz"
29 Oktyabr 2014 13:12
"Ümumiyyətlə, Azərbaycanda "Milli Şura" adlı qurum yoxdur və bundan söhbət gedə bilməz".
Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Milli Şura"nın sədri Cəmil Həsənlinin öz yerini AXCP sədri Əli Kərimliyə həvalə etməsi məsələsinə münasibət bildirərkən deyib.
YAP rəsmisinin sözlərinə görə, "Milli Şura"nın sədri Əli Kərimli də olsa, bu heç nəyi dəyişməyəcək: "Hətta belə bir misal var ki, "toplananların yerini dəyişəndə, cəm dəyişmir". Bu baxımdan hesab edirəm bu, bu yerdəyişmənin heç bir əhəmiyyəti olmayacaq. Çünki Azərbaycanda "Milli Şura" adlı qurum yoxdur və bundan söhbət gedə bilməz".
Qeyd edək ki, ötən həftə "Milli Şura"nın sədri Cəmil Həsənli xaricə səfərindən sonra quruma sədrlik postunu Əli Kərimliyə həvalə etməyi planlaşdırıb.
Milli.Az