19 yaşlı tələbə qız: "Yer verən kişi ilə yatacağam" - FOTO

29 Oktyabr 2014 12:54

Çinin Şanxay şəhərində 19 yaşlı qız ölkənin bir çox şəhərlərini dolaşmaq istədiyini, səyahətə çıxdığını bildirib. Sosial şəbəkədəki profilində bu barədə açıqlama yazan Çju Pen qalacağı hər şəhərdə onu müvəqqəti yaşayış yeri ilə təmin edəcək şəxslə cinsi əlaqəyə girməyə hazır olduğunu bildirib.
 

Milli.Az Elite Daily-yə istinadən bildirir ki, Qərb ölkələrində "souchsurfing" adlı səyahət növü var. Belə səyahətə çıxan şəxs oteldə qalmağın müqabilində birinin qucağında yatır və bir qədər də pul verir.

Çinli Çju isə "yataq səyahəti"nin müəllifi sayıla bilər.
 

Tələbə Çju Pen Twitter-in Çindəki analoqu və əvəzləyicisi olan Weibo-da yazmışdı: "Çindəki hər şəhəri gəzmək, görmək istəyirəm. Bu səyahətdə mənə qalmağa yer verməyə razılaşacaq insanla yatağa girməyə hazıram".
 

Çju dolaşacağı şəhərlərdən hər birində bir varlı kişinin evində qalmağı planlaşdırır.
 

"Planım mükəmməldir. Üstəlik, çox xərc tələb etmir. Yatağa girəcəyim kişilər isə yaraşıqlı, səliqəli, nəzakətli, 30 yaşdan gənc, boyu 175 sm-dən hündür və təbii ki, zəngin olmalıdırlar", - Çju Pen yazıb.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.