Peşmərgələr Türkiyədən keçdilər - FOTO

29 Oktyabr 2014 13:15

İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin silahlı birləşmələri olan "peşmərgə"lərin bir dəstəsi 18 avtomobildən ibarət maşın karvanı ilə Türkiyədən keçərək Suriyanın şimalındakı Kobani şəhərinə daxil olub.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, peşmərgələr Kobani şəhərində "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularına qarşı vuruşan YPG-yə dəstək verəcəklər.
 

YPG kürdlərin terrorçu PKK təşkilatının Suriyadakı qoludur.
 

Türkiyənin Suriya ilə sərhədindəki Murşitpınar buraxılış məntəqəsindən 200 peşmərgənin keçərək Kobaniyə daxil olduğu vurğulanır.

80 peşmərgə isə Habur məntəqəsindən Kobaniyə keçib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.