Azərbaycanda silahlı dəstə tutuldu

29 Oktyabr 2014 12:14
Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə mübarizə idarəsinin,  Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah və onun komplekt hissələrinin saxlanılması və gəzdirilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər Astara rayon sakini saxlanılıb.

Astara Rayon Polis Şöbəsi istintaq bölməsinin rəisi Hikmət Ağayevin CTV-yə verdiyi məlumata görə, saxlanılan şəxslərdən 700 qram narkotik vasitə olan heroin, 100 qr narkotik vasitə amfetamin, 1 kq 380 q narkotik vasitə tiryək, 460 q həşiş qətranı,1 ədəd naqan tipli odlu,1 ədəd pnevmatik tipli silah və 1 ədəd maska aşkar edilərək götürülüb.

Həmçinin Astara şəhər sakini, 44 yaşlı Gülxan Əliyevin evinə baxış zamanı 1 ədəd naqan tipli odlu və 1 ədəd pnevmatik  silah, 700 qram heroin,1 kq narkotik vasitə tiryək,100  q narkotik vasitə amfetamin aşkar edilərək istintaqa təhvil verilib.

Eyni zamanda  rayonun Ərçivan və Şahağacı sakinləri Ələddin Məmmədov, İqrar Mirzəyev, Akif Nuriyev, Rəvan RüstəmovAbuzər Əhədovdan müxtəlif  növdə və çəkidə  narkotik vasitələr aşkar edilərək götürülüb. Hazırda faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, istintaq aparılır.

Milli.Az