"Azəriqaz"ın şöbə rəisi vəzifədən azad edildi

29 Oktyabr 2014 12:11

Araz Ağayev öz təşəbbüsü ilə "Azəriqaz"dan çıxıb

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifədən azad edilib.

Anspress-in məlumatına görə, bunu Araz Ağayev özü bildirib.

O, sosial şəbəkədə öz təşəbbüsü ilə işdən azad edildiyini bildirib.

"Dəyərli dostlar! Hörmətli KİV təmsilçiləri! Bu gündən etibarən öz təşəbbüsümlə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad olunduğumu nəzərə alın. Hər birinizə işlərinizdə uğurlar arzulayıram".

Qeyd edək ki, A.Ağayev 2012-ci ildə bu vəzifəyə təyin edilmişdi. A.Ağayev 1999-2006-cı illərdə "Kaspi" qəzetində çalışıb.

"Azəriqaz"a mətbuat xidmətinin rəhbəri təyin olunanadək isə ARDNŞ-in Neft-Qaz Elmi-Tədqiqat Layihə İnstitutunda kadrlar şöbəsinin rəisi olub.

Milli.Az