Türk əsilli məşqçi Rusiyanın şaxtasına dözmədi

29 Oktyabr 2014 12:48

"Spartak Moskva" klubunun baş məşqçisi Murat Yakın xəstəxanaya yerləşdirilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, türk əsilli mütəxəssisdə angina aşkarlanıb. Klubun verdiyi açıqlamada Yakının axşam məşqi zamanı yüksək hərarət və boğaz ağrısı səbəbilə həkimə müraciət etdiyi və müayinənin ardından xəstəxanaya aparılddığı deyilir.

Bəyanatda bildirilir ki, gənc çalışdırıcının "Rubin"lə baş tutacaq Rusiya Kuboku qarşılaşmasına kimi sağalacağı böyük sual altındadır. Qeyd edək ki, Murat Yakın iyun ayında "xalq klubu"nun başına gətirilmişdi.

Milli.Az