"Fənərbağça" prezidenti sözündən dönür?

29 Oktyabr 2014 12:15

"Qalatasaray" derbisində meydandan qovulmaqla komandasını pis durumda buraxan "Fənərbağça"nin müdafiəçisi Bruno Alveşdən yeni xəbərlər var. Həmin oyundan sonra klubun prezidenti Aziz Yıldırımın tənqidinə məruz qalan və özünə klub axtarması təlimatı verilən portuqaliyalı futbolçu ölkəsindən bir neçə təklif alıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu İstanbul klubunda 2.5 milyon avro məvacib aldığı halda, gələn təkliflərdə ona 750 min avro təklif edilib. Bruno Alveş isə rəhbərlikdən əlavə 3 milyon avro istəyib.
 

Bütün bunlardan sonra Alveşin qışda komandadan getməsi ehtimalı da azalıb.
 

Qeyd edək ki, Aziz Yıldırım oyunçunun "bir daha "Fənərbağça" formasını geyməyəcəyini" bəyan etmişdi.

Milli.Az