"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb - FOTO

29 Oktyabr 2014 11:56

Oktyabrın 29-da "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb

Qəzetin yeni sayında oxucular Bakıda keçiriləcək Formula 1 Grand Prix yarışları, Londonda Azərbaycan incəsənəti festivalının keçiriləcəyi, Azərbaycanın insan alveri ilə mübarizəsi, insan həyatının xilası üçün donorluq imkanları, İran iqtisadiyyatının vəziyyəti haqqında ekspert rəyləri barədə və digər məqalələrlə tanış ola bilərlər.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Böyütmək üçün şəklə klikləyin.