Azərbaycanda canavar evə hücum edib - YENİLƏNİB - VİDEO - FOTO
29 Oktyabr 2014 13:25
11:52
Ağdamın Mirəşelli kəndində canavar yaşayış evinə hücum edib.
APA-nın xəbərinə görə, kənd sakinlərindən biri yolda qarşısına çıxan yırtıcını avtomobillə vurmaq istəyib. Amma vəhşi heyvan yaxınlıqdakı həyətlərdən birinə soxulub. Bu məqamda həyətə çıxan ev sahibi canavarın tövləyə girmək istədiyini görüb. Yırtıcının hücumuna məruz qalan Şükran Əliyev qonşularla birgə canavarı yaralayaraq tutub.
Xatırladaq ki, hər il payız-qış aylarında fərdi təsərrüfatlara, ev heyvanlarına çoxsaylı yırtıcı hücumları baş verir. Təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrində isə bu cür hallar tez-tez təkrarlanır. Ermənilərin nəzarəti altında olan ərazilərdə çoxalan vəhşi heyvanlar qidalanmaq üçün yaşayış olan kəndlərə hücum edir.
Milli.Az
---------
13:25
Videonu izləmək üçün şəklə klikləyin.
--------------
11:52
Böyütmək üçün şəkillərə klikləyin.