Qadına küçədə nə qədər sataşırlar? - MÜZAKİRƏ

29 Oktyabr 2014 11:41
Nyuyorklu bir xanıma küçədə nə qədər sataşırlar? Milli.Az xəbər verir ki, nyuyorklu bir xanım bu sualın cavabını tapmaq üçün eksperiment keçirib. Qadın 10 saat ərzində şəhərin küçələrində gəzib. 

24 yaşlı Şoşana Roberts sadə paltar - tünd cins və futboka geyinərək Manhattanda dolaşıb. Qarşıda isə dostu Rob Bliss gedib. Onun rükzakında arxanı çəkən gizli kamera olub. 

Görüntüləri nəzərdən keçirəndən sonra məlum olub ki, 10 saatlıq gəzinti ərzində qadına 108 dəfə sataşıblar. Yoldan ötənlərdən biri isə bir neçə saat ərzində onu təqib edib. Kişilərin heç də hamısı ona təhqiramiz xarakterli replikalar atmayıb. Çoxları ona uğurlu gün arzulayıb və üzünə gülümsəyiblər. 

Bəs belə bir eksperiment Bakıda aparılsaydı, necə olardı? On saat ərzində qadına neçə nəfər yaxınlaşıb tanış olmağa, nömrəsini almağa çalışardı? 

Fikirlərinizi aşağıdakı şərh bölməsində yaza bilərsiniz. 

Milli.Az