Azərbaycan "Doing Business-2015" reytinqinin TOP-20-nə daxil oldu
29 Oktyabr 2014 11:26
Azərbaycan Dünya Bankının (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) illik "Doing Business-2015" reytinqində biznesin açılmasının sadəliyi üzrə "TOP 20"-yə daxil olub.
Trend xəbər verir ki, hesabat çərşənbə günü "Doing Business"-in rəsmi saytında yerləşdirilib.
Bu göstərici üzrə Azərbaycan reytinqin əhatə etdiyi 189 ölkə arasında 12-ci yeri tutaraq Çin (128-ci yer), Avstriya (101-ci yer), Belçika (14-cü yer), Braziliya (167-ci yer), Xorvatiya (88-ci yer), Çexiya (110-cu yer) və digər bu kimi ölkələri qabaqlayıb.
Hesabatda deyilir: "Azərbaycan vergi uçotunun onlayn qeydiyyatına elektron imzaların alınması üçün vaxta qənaət edilməsi ilə biznesin açılması prosesini asanlaşdırıb".
Milli.Az