Müğənni Elton Hüseynəliyev həmkarı Zamiq Hüseynovla bağlı maraqlı açıqlama verib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Gündəlik" verilişində qonaq olan sənətçi yarışların birində Zamiqin saxtakarlıq etdiyini bildirib:
"Bir zamanlar Kamran Həsənli müsabiqə edirdi. Məni Zamiqlə üz-üzə qoydular. Həmin vaxt o, "SS production"la işləyirdi. Onlar Zamiqi birinci etdilər. Mən uşaq deyiləm ki, bilirəm, o necə birinci yerə çıxdı.
Mən "Azəri Star" yarışmasında o qədər səs toplayan, sevilən biri olmuşam. Hər bir müğənni ilə canlı oxumaqda üz-üzə gələrəm. Heç kimə də uduzmaram". Milli.Az