Azərbaycanda "Hyundai" xəndəyə aşdı - FOTO

29 Oktyabr 2014 11:17
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Gəncədə idarəetməni itirən sürücü, şəhər sakini, 36 yaşlı Ramil Kazımov idarə etdiyi "Hyundai Elantra" markalı avtomobili xəndəyə aşırıb.

Hadisə şəhərin Mikayıl Müşviq və Şota Rustaveli küçələrinin kəsişməsində baş verib.

Sürücünün sözlərinə görə, hadisəyə səbəb azyaşlının avtomobilin qarşısına çıxması olub.

Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəysə də xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.  

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.