Tanınmış teleaparıcı Vüsalə Şahvəliqızı yeni işə başlayıb
Yeni işi barədə publika.az-a açıqlama verən Şahvəliqızı bildirib ki, bu gündən Radio Space 104 FM-də "Xeyirli olsun" adlı proqramı aparır:
"Bu, mənim radioda ilk işimdir. Düşünməzdim ki, bu qədər həyəcanlı olacağam. Hər gün səhər saat səkkizdən ona qədər efirdə dinləyicilərlə görüşəcəyik. Verilişin digər aparıcısı isə İqrar Eyvazovdur".
Qeyd edək ki, "Xeyirli olsun" verilişinin digər aparıcısı İqrar Eyvazov "Xəzər" televiziyasının xəbərlər proqramının, V.Şahvəliqızı isə ANS-də "Şoumən", Space-də "Sağlam yaşa" verilişlərini aparıcısı olublar. Milli.Az