Bakıda ana oğlu ilə görüşə "zəhər"lə gəldi - FOTO

29 Oktyabr 2014 11:08
Ana həbsdə olan oğlu ilə görüşə zəhər ilə gəlib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən Milli.Az-a verilən məlumata görə, Ağsu rayon sakini Əsmarə İsmayılova 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən oğlu Mikayıl İsmayılovla görüşə gəlib.

Xidmət əməkdaşları görüş otağında Ə.İsmayılovanın üzərinə və əşyalarına baxış keçiriblər. Onun əl çantasında olan saç üçün rezinin içərisində gümüşü kağıza bükülərək gizlədilmiş 4,153 qram narkotik maddə olan həşiş qətranı aşkar edilərək götürülüb.

Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə məhkum olunan oğluna gizli yolla narkotik keçirən ananın işi üzrə araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.