Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Türkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1960-cı il təvəllüdlü Ramiz Quliyev intihar etmək məqsədi ilə sirkə turşusu içib.
Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən R. Quliyevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.