Bakıda gənclərin davası, bir ürəyə 4 bıçaq - YENİLƏNİB

29 Oktyabr 2014 15:55
15:55

Bakıda üç nəfərin qanını axıdan şəxs ələ keçib. Daxili işlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məluçata görə, həmin şəxs Goranboy rayon sakini Orxan Abdullayevdir. Onu Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin əməkdaşları tutublar.

---------
10:41

Bakının Xətai rayonu ərazisində kütləvi dava olub. Dava zamanı bir nəfər öldürülüb. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Ukrayna dairəsinin yaxınlığında, 1 saylı çörək zavodunun qarşısında baş verən dava zamanı 23 yaşlı Elşad Kərimov, 22 yaşlı Ömər Cəbrayılzadə və 24 yaşlı Anar Süleymanov bıçaqlanıblar.

E. Kərimov xəstəxanaya aparılarkən keçinib, digər iki nəfər isə xəstəxanaya çatdırılıb. E.Kərimovun ürəyində həkimlər 4 bıçaq zərbəsi sayıblar.

Faktla bağlı cinayət işi başlanıb, hazırda istintaq aparılır.

Anar Məmmədov
Milli.Az