Vəhhabilər 70 zabitin başlarını kəsdilər

29 Oktyabr 2014 13:18

Beynəlxalq "Əl Qaida" terror hərəkatının Suriyadakı bölməsi "Cəbhət əl Nüsra" İdlib vilayətində prezident Bəşər Əsədə sadiq qüvvələrə qarşı hücuma keçib.
 

Milli.Az The İndependent-ə istinadən bildirir ki, hazırda Suriya ordusunun nəzarətində olan Lazkiye və Hələb şəhərlərində "Cəbhət əl Nüsra"nın terrorçuları ilə hərbçilər arasında qanlı döyüşlər şiddətlənib.
 

İdlib vilayətinin mərkəzinə hücum edən "Cəbhət əl Nüsra"nın vəhhabi mənsubları yerli qarnizonun qərargahını ələ keçirib.

Burada yüksək rütbəli 70 zabiti əsir alan terrorçular onların hamısının başlarını kəsiblər.
 

İdlibin qubernatoru Xeyr Eddib Əsayed qaçıb aradan çıxıb.

Milli.Az