APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, M. Satanın hansı xəstəlikdən öldüyü açıqlanmayıb.
Sentyabrın sonlarında Zambiya prezidenti Nyu-York klinikalarından birinə aparılıb. Daha əvvəl - iyun ayında isə o, İsraildə 1 aya yaxın müalicə olunub.
M. Sata 2011-ci ilin sentyabrında Zambiya prezidenti seçilib.