Bakıda polis rəisi işdən çıxarıldı

29 Oktyabr 2014 10:28
Bakıda polis rəisi işdən çıxarılıb. Suraxanı Rayon Polis İdarəsinin cinayət-axtarış bölməsinin rəisi, polis polkovnik leytenantı Ələddin İsmayılov vəzifəsindən alınıb.

Ə.İsmayılov Milli.Az-a vəzifədən alınmasını təsdiqlədi: "Görünür, belə məsləhət idi. Hazırda polis kimi fəaliyyətimi davam etdirirəm, peşəmə sadiqəm".

Anar Məmmədov
Milli.Az