Müğənni verilişlərin birində sual-cavabdan qaçmayıb
Milli.Az anspress-ə istinadən bildirir ki, Xatun bu il yüksək balla ali məktəbə daxil olan oğlunun Cem Yılmazın fanatı olduğunu söylədikdən sonra, özünün isə illər əvvəl Mustafa Sandaldan xoşu gəldiyini etiraf edib.
Xatun, həmçinin bəzən insanın ideal gördüyü birini xoşladığını, hətta onun nişanlısı olmağı da arzuladığını qeyd edib.
Verilişdəki qonaqlardan biri olan DJ Çina isə "Çalıquşu" filmində Fəridə obrazını canlandıran Aydan Şenerə illərlə həsəd apardığını və ona sevgi hissi bəslədiyini bildirib.