Ülvira Qarayevanın bu hərəkəti müasirlikdən gəlir, yoxsa bilməzlikdən?
29 Oktyabr 2014 09:48
"Mən plovu çəngəl-bıçaqla yeyirəm"
Teleaparıcı Ülvira Qarayeva aparıcılıq etdiyi verilişdə qonaqlarını təəccübləndirən fikir səsləndirib.
Anspress-in məlumatına görə, ANS TV-də yayımlanan "Evdəyik" verilişində bir-birindən maraqlı insanları qonaq edən teleaparıcı Ülvira Qarayeva onlara həyatlarında kimi nümunə götürdükləri barədə sual ünvanlayıb.
Qonaqlar müxtəlif cavablar veriblər. Onlar bildiriblər ki, kimə oxşasan da özün olmalısan. Xüsusən də bu fikri şair Reşat Kəsəmənli vurğulayıb. O, hər zaman özü kimi olmağa, kənarda necədirsə, efirdə də o cür görünməyə çalışdığını söyləyib. Məsəl üçün, plovu da əllə yediyini bildirdikdə, teleaparıcı Ülvira Qarayeva heç vaxt o şəkildə yeyə bilməyəcəyini və həmişə çəngəl-bıçaqla yediyini bildirib. Onun plovu çəngəl-bıçaqla yediyini söyləməsi qonaqlarda və tamaşaçılarda təəccüb doğurub.
Veriliş qonaqların səmimi söhbətləri ilə yadda qalıb. Milli.Az