Xəstə uşağın Hadise arzusu reallaşdı - FOTO

29 Oktyabr 2014 12:51

Yasin çox sevincli olub və onunla xeyli şəkillər çəkdirib

Türkiyəli müğənni Hadise Açıkgöz xərçəng xəstəliyindən əziyyət çəkən bir uşağı sevindirib.

Anspress-in məlumatına görə, Türkiyədə Bir Dilək Tut Dərnəyi tərəfindən reallaşdırılan "Bir dilək tut" layihəsi çərçivəsində xəstə uşaqların xəyalları və arzularının həyata keçirilməsinə çalışılır. Ötən gün isə xərçəng xəstəliyindən əziyyət çəkən Yasin adlı bir uşağı sevindiriblər. Belə ki, uşağın ən böyük istəyi müğənni Hadise ilə görüşmək olub.

Dərnəyin xeyirsevər komandası müğənni ilə əlaqə qurub və uşağın onunla görüşməsi üçün şərait yaradıb.

Müğənni ilə görüşmək şansını qazanan Yasin çox sevincli olub və onunla xeyli söhbət edib, şəkillər çəkdirib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.