Artıq siqareti bıçaqla istəyirlər? - YENİLƏNİB

29 Oktyabr 2014 09:55
09:55

Bakının Xətai rayonunda gənclər arasında kütləvi dava baş verib. Hadisə rayonun Süleyman Vəzirov 41 ünvanında qeydə alınıb. Milli.Az anspress-ə istinadən bildirir ki, Şabran rayon sakinləri 24 yaşlı Təhməz Məcidov və onun dostu 22 yaşlı Sevdi Cumayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.

Hadisə barədə Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə məlumat verilib. Dərhal hadisə yerinə cəlb olunan polislər araşdırmalara başlayıblar. Zərərçəkənlərin və hadisə şahidlərinin izahatları alınıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Şabran rayon sakini, 22 yaşlı Nürəddinov Əfrail Teyyub oğlu və onun qardaşı, 21 yaşlı Səxavət saxlanılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisədən əvvəl qardaşlar Təhməz və Sevdiyə yaxınlaşaraq onlardan siqaret istəyiblər. Zərərçəkənlər siqaretin olmadığını bildirəndə onlar arasında mübahisə yaranıb. Bu zaman Əfrail və Səxavət Nurəddinovlar əllərini bıçağa atıblar. Cinayəti törətdikdən sonra isə hadisə yerini tərk ediblər.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayə işi başlanılıb araşdırmalar davam edirilir.

-----------
09:13

Gecə Bakının Xətai rayonu ərazisində iki nəfər bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə Süleyman Vəzirov küçəsi, 41 ünvanında qeydə alınıb.  Şabran rayon sakinləri - 24 yaşlı Təhməz Məcidov və onun dostu, 22 yaşlı Sevdi Cumayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.
 
Məlumata görə, yaralı dostları yoldan keçən bir nəfər görüb və xəstəxanaya da o çatdırıb. T.Məcidov və S.Cumayevi bıçaqlayan şəxslər isə hadisə yerini tərk ediblər. Xətai Rayon Polis İdarəsinin və 37-ci Polis Bölməsinin əməkdaşları məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Çox keçmədən hadisəni törətməkdə şübhəli bilinən iki qardaş saxlanılıb. Bunlar Şabran rayon sakinləri - 22 yaşlı Əfrail Teyyub oğlu Nurəddinov və 21 yaşlı Səxavət Teyyub oğlu Nurəddinovdur.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az