Ahıl qocanın eşqi milyonları heyran qoydu - FOTO

29 Oktyabr 2014 11:38

Şəhərin ucqar küçələrindən birində fastfud kafesi, masa arxasında ahıl kişi. O, masadakı fotoya məhzun nəzərlərlə baxır. Baxışlarda ağırlığı çəkilməz qəm, çox acı və kövrək kədər.
 

Masada qadın fotosu var.

Kafe isə Kaliforniya ştatındakı "In-N-Out Burger" kafesində çəkilib.
 

Milli.Az CNN-ə istinadən bildirir ki, bu foto dünəndən etibarən sosial şəbəkələrdə sürətlə yayılır.

Kədərli kişinin kimliyi və olayın təfərrüatları artıq bəllidir.

O, 55 yaşlı xanımını 2009-cu ildə itirmiş Antonio Himenesdir.
 

A.Himenes 5 il əvvəl vəfat etmiş xanımı Mariyanın fotosuna baxır, onunla yaşayır.

Mariya Himenes 5 il əvvəl dünyasını dəyişsə də.
 

A.Himenesin qohumları deyirlər: "O, Mariyanın fotosunu həmişə döş cibində, ürəyinin başında gəzdirir. Hər səhər oyananda fotoya baxıb "Salam, sabahın xeyir, Mariyam!" deyir, gün ərzində dəfələrlə Mariya ilə "danışır". Yatanda isə fotonu çarpayısının yanındakı dolabın üstünə qoyur və "Gecən xeyrə qalsın, Mariyam..." söyləyib yuxuya gedir. Antonio ilə Mariya 17 yaşları olanda tanıq olublar, sonra tale onları ayırıb.

Onlar bir də 6 il sonra görüşüblər və evləniblər. Antonio və Mariya çox bəxtəvər, xoşbəxt həyat yaşayıblar. Onlar bir-birlərini çox sevirdilər. Lap çox, inanılmaz dərəcədə..."
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.