Türkiyədə yeni mədən faciəsi, 18 adamdan xəbər yox - FOTO

28 Oktyabr 2014 21:36

Türkiənin Karaman vilayətindəki Ermenekdə özəl şirkətə aid daş kömür mədənini su basıb.
 

Enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, nəqliyyat, dənizçilik və loqistika naziri Lutfi Elvan, habelə əmək və sosial təminat naziri Faruk Çelik hazırda Ermenekdədir.
 

Milli.Az DHA-ya istinadən bildirir ki, yer altında, şaxtada qalmış mədənçilərin xilas edilməsi üçün əməliyyatlar davam edir.

Su basmış mədəndə, 350 metr dərinlikdə ən azı 18 nəfərin qaldığı deyilir.
 

Mədən rəhbərliyindən verilən məlumata görə, yer altında qalmışm ədənçilərdə oksigen maskaları maksimum 2 saatlıq fəaliyyət üçün hesablanıb.

O 2 saat isə çoxdan bitib.
 

Milli.Az

Şəkilləri böyütmək üçün klikləyin