Tovuzda da bulvar olacaq

28 Oktyabr 2014 18:26

Tovuz çayının sahilində salınan bu gölün sahəsi 800 kvadrat metr olacaq. Gölün salınmasında məqsəd parka gələn turistlərin və sakinlərin rahat istirahətini təmin etməkdir.
 

Milli.Az Türkel TV-yə (TTV) istinadən xəbər verir ki, iş icraçısı Tahir Quliyev:"Hazırda gölün tikintisinə başlamışıq. Park bulvar formasında olacaq bura. O ağacları saxlamaqda məqsədimiz odur ki, gölün ortasında ada, ada da ağacların altında çayxanalar olacaq. Bundan əlavə qayıqlarda olacaq ki, bu da insanların gəzintisi üçündür".
 

Gölün aşağı hissəsində müasir restoran da tikiləcək. Turistlərin arzuları nəzərə alınaraq bu məkanın ən yüksək səviyyədə tərtibatı həyata keçiriləcək. Göl Tovuz çayının suyu ilə doldurulacaq.

Tahir Quliyev: "Çaydan bir qol götürəcəyik. Təmizləyib filtirasiya edəndən sonra gölü dolduracağıq".

Tikinti işlərinə 20-dən artıq işçi cəlb olunub. İşlərə sentyabr ayının sonları başlanılıb. Bulvarın bir hissəsi artıq hazırdır. Qalan hissələrisə yaz aylarında hazır olacaq. Ümumilikdə gölün və bulvarın istifadəyə verilməsi 2015-ci ilin yayına nəzərdə tutulur.

Milli.Az