Polislərimizin istifadə edəcəyi elektroşok haqda maraqlı faktlar - FOTO
28 Oktyabr 2014 18:33
Bu gün Azərbaycan polisinə eletroşok vasitələrdən bir neçə halda istifadə etməyə icazə verildi
Milli.Az xəbər verir ki, "qafqazinfo" eletroşok cihazlar haqda məlumat toplayıb.
Belə ki, bir çox ölkələrdə bu cihazlardan mülki vətəndaşlara da özlərini qorumaq üçün istifadə hüququ verilib. Silah hesab edilmədiyi, insanı öldürmə və ya sağlamlığa zərər vurma gücündə olmadığı üçün bəzi ölkələrdə eletroşok əldə etməyə heç bir sənəd və icazə tələb edilmir. İstifadə hüququ gözyaşardıcı qaza bərabər tutulur. Bu cihazlar əl fənəri, tapança, tüfəng, "dubinka", mobil telefon və bir çox formalarda olur. Hətta "iPhone" görünüşlü eletroşoklar da hazırlanıb. Satışda olan eletroşok cihazların gücü 100 kv-dan 1000 kv-a kimi olur. Sıfır amper gücündə olur. Paltar üzərindən də təsir edə bilir. Sürəti 10-100 mikro-saniyədir. Təsir məsafəsi 5-100 metr aralığında olur. Dünyanın müxtəlif ölkələrində qiyməti 10-200 dollar arasında dəyişir.
1996-2011-ci illərdə ABŞ-da ən çox satılan şəxsi mühafizə cihazıdır. Statistikaya görə, ABŞ-da hər 3 ailədən biri bu cihazlardan istifadə edir.
Uşaqlar, infarkt keçirən insanlar və heyvanlar üzərində istifadə edilməsi qadağandır.
İlk dəfə 1969-cu ildə NASA araşdırmaçısı Cek Kover hazırlamağa başlayıb və 5 il sonra tamamlayıb.