İtburnunun faydası və zərəri - VİDEO
28 Oktyabr 2014 17:47
İtburnu meyvəsinin bioloji aktivliyi onun tərkibində olan C vitamini ilə əlaqədardır.
Milli.Az Türkel TV-yə (TTV) istinadən xəbər verir ki, C vitamini orqanizmdə maddələr mübadiləsini aktivləşdirir, müxtəlif infeksiyalara və xarici mühitin digər zərərli təsirlərinə qarşı bədənin müqavimətini artırır. İtburnu meyvəsi mədə xorası, şəkərli diabet, qızdırma, ürək xəstəlikləri, ateroskleroz kimi xəstəliklərin müalicəsində istifadə olunur.
İtburnu müalicə bitkiləri arasında 17-ci əsrdən məlumdur. Hazırda itburnu meyvəsi vitamin mənbəyi kimi təbabətdə geniş istifadə edilir.
İtburnunun faydası ilə yanaşı düzgün istifadə olunmadıqda zərəri də ola bilir. İtburnu meyvələri çay, sirop, ekstrakt və toz şəklində qəbul edilir. Bitkinin Azərbaycanda, əsasən, iki - qəhvəyi və qarışıq növü geniş yayılıb. Hər koldan 3-4 kiloqram, hektardan isə 3 tona qədər məhsul yığmaq mümkündür.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.