Müğənni Vasif Məhərrəmli "Düzünü desək" verilişində qonaq olub
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, ifaçı valideyn sevgisindən danışıb.
"Oğul anasına baş çəksin deyənlərlə razı deyiləm. Övlad kimdir anasına baş da çəkir? Oğul fəxr eləsin ki, anasının yanına gedir. Gedib onun ayağını belə, öpməlidir. Mənim yaxın dostum bir dəfə bunu məsləhət gördü və mən də qulaqımda sırğa etdim. O, mənə dedi ki, nə olur olsun, ananı yaddan çıxartma. Hər gün zəng vur, kefini aç.Tez-tez yanına get. Ayaqlarını özün yu. Yuduqdan sonra isə götür əllərinə öp. Çünki vaxt gələcək bir gün onlar olmayanda bunu etmədiyin üçün peşman olacaqsan. Mən də bunu hər kəsə məsləhət görürəm".
Teleaparıcı Günay Firudinqızı isə Vasif Məhərrəmlinin sözlərindən sonra gözyaşlarını saxlaya bilməyib. Milli.Az