Apple rəhbərindən şok etiraf: "Mən "mavi"yəm!"

30 Oktyabr 2014 17:49

ABŞ-ın Apple korporasiyasının baş direktoru Tim Kuk homoseksual olduğunu etiraf edib.

Bu barədə "Tim Kuk açıq danışır" adlı yazı Bloomberg Businessweek-də dərc olunub.
 

Milli.Az bildirir ki, Kuk cinsi yönünü heç zaman gizlətmədiyini, lakin bu barədə danışmaq istəmədiyini yazıb: "Özümü cinsi azlıqların hərəkatının fəalı saymıram. Amma ümid edirəm ki, etirafım insanların cinsi yönlə bağlı təqib olunmaları ilə mübarizədə yardım edə bilər. Həmkarlarımın çoxu "mavi" olduğumu bilirlər və bu, münasibətlərimizə əsla təsir etməyib. Son onilliklərdə dünya xeyli dəyişib. Lakin insanların cinsi yönlərinə görə işdən qovulduqları çox ölkə var.
 

Əgər Apple korporasiyasının baş direktorunun "mavi" olması ilə bağlı xəbər kiməsə özünü bərabərhüquqlu hiss etməyə kömək edəcəksə, şəxsi həyatımın konfidensiallığını qurban verməyə hazıram".
 

2013-cü ildə homoseksualların "Out" jurnalı Tim Kuku "Dünyanın ən nüfuzlu homoseksualı" adlandırmışdı.
 

Milli.Az