Gimnastika haqqında danışanda lentlərlə, toplarla, çənbərlərlə zərif hərəkətlər edən, bədənlərinin elastikliyi ilə diqqətləri üstünə çəkən xarici idmançılar yada düşür. Amma son zamanlar biz bu zərif hərəkətləri xaricilərin deyil, məhz öz idmançılarımızın timsalında izləyirik. Gimnastlarımız olimpiada və beynəlxalq turnirlərdən digər yarışmalardan kifayət qədər medallar gətirir, bayrağımızı dünyanın bir çox ölkələrində dalğalandırırlar.Gimnastika idman məktəbindən reportaj