Azərbaycan futbolunun "kitayski kral"ları - FOTO

29 Oktyabr 2014 02:00
Belə bir deyim var ki, oyunların kralı futboldur. Futboldan savayı, bu oyunun parçası olan bəzi futbolçular da özünü "kral" kimi göstərməyə çalışırlar. Bir çox futbolçu müəyyən qədən populyarlaşdıqdan sonra özlərini əlahəzrət hesab edib  şəxsi qayda-qanunlarını cızma-qara etməyə başlayır. Bu "kitayski kral"ların içində özümüzünkülərdən başqa, əcnəbilər də az deyil. Özümüzünküləri başa düşdük, xaricilər xeyir ola?! Bu lap gəmidə oturub gəmiçi ilə dava etmək misalı ilə prototip oldu.

Artıq son zamanlar "futbolçu"ların qorxulu yuxusuna çevrilən Milli.Az ölkəmizdə çıxış edən (etmiş) nizam-intizam qaydanlarına uymayan, klubdaxili ab-havanı pozan, etikadan kənar hərəkətlər edən, komandadan qovulan yerli və legioner oyunçular haqqında kiçik bir araşdırma aparıb.

1. Zaur Ramazanov ( "Xəzər L" - klubdaxili ab-havanı pozmaq, intizamsızlıq: cəzası - qovulmaq)
2. Emin Quliyev ( "Xəzər L" - intizamsızlıq: cəzası - qovulmaq)
3. Mahir Şükürov ("Neftçi" - intizamsızlıq, qeyri-etik hərəkətlər)
4. Elnur Allahverdiyev (bir çox klubu intizamsızlıq üzündən dəyişdi)
5. Kamran Ağayev ("Bakı" - siqaret: cəzası - qovulmaq)
6. Andrey Popoviç (içki, nizam-intizamsızlıq)
7. Pate Banqura ("Olimpik" - intizamsızlıq: cəzası - qovulmaq)
8. Vurğun Fərəczadə ("Kəpəz" - yüksək sürət, qəlyan: cəzası - qovulmaq)
9. Felipe Almeyda Feliks ("Bakı" - intizamsızlıq: cəzası - qovulmaq)
10. Jaba  ("Bakı" - spirtli içki, intizamsızlıq: cəzası - qovulmaq)
11. Dmitrios Sialmas ("Xəzər L" - intizamsızlıq: cəzası - qovulmaq)
12. Leonardo Roşa ("Qarabağ" - intizamsızlıq: cəzası - qovulmaq)
13. Miro Vorvadiç ("Qarabağ" - siqaret, içki, intizamsızlıq: cəzası - qovulmaq)
14. Conni Leon ("Neftçi" - əyləncə, intizamsızlıq:  klubdan qaçdı)

Bunlar hələ bir qismidir. Bütün bu futbolçuların əlləri pul tanıyan kimi ayaqları top "tutmur". Klubların çoxu bu "virus"un komandaya yayılmasının qarşısını almaq üçün yoluxmuş "orqan"ı amputasiya etməyə məcbur olurlar. Onlar 1 nəfərə görə bütün komandanı yanğına atmaq istəmirlər. Bu futbolçular meydanda krallıq etmək əvəzinə, başqa lüzumsuz işlərlə məşğul olaraq komandadakı taxtlarından düşürüldülər. Onlar unutdular ki, şah qanun deyil, qanun şahdır.

Niyaməddin Şirinov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.