Təhsil və müdafiə nazirliklərinin təşkilatçılığı ilə ötən həftə kütləvi informasiya vasitələrinin (KİV) bir qrup təmsilçisi Tovuz və Qazax rayonlarının Ermənistanla sərhəd kəndlərində olublar. Səfərin ilk günü jurnalistlər Tovuz rayonunda Milli Qəhrəman Qasım Rzayevin adını daşıyan Hacallı kənd tam orta məktəbinə baş çəkdilər.KİV nümayəndələri Tovuz və Qazax rayonlarının Ermənistanla sərhəd kəndlərində tədris prosesi ilə yaxından tanış olublar