Köynəyə görə dostunu öldürən tələbəyə hökm oxundu - FOTO
28 Oktyabr 2014 16:50
Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Sumqayıt sakini Yusif Ələkbərzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Milli.Az Day.Az saytına istinadən bildirir ki, dövlət ittihamçısı onun 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Məhkəmə Yusif Ələkbərzadəni təqsirli bilərək, 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Azərbaycan Dövlət Neft Akademiyasının 3-cü kurs tələbəsi, 21 yaşlı Nadir Ələkbərzadənin başqasının geyimi ilə özünü yaraşıqlı göstərmək istəyi dostunun ölümü hesabına başa gəlib. O, geyim üstündə dostunu qətlə yetirib və hadisə yerindən qaçıb.
Sonradan N.Ələkbərzadəni bir az əvvəl polis tutaraq istintaqa təhvil verib. Onun dindirilməsindən sonra belə ağır cinayət törətməsinin səbəbini öyrənmək mümkün olub. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin necə və hansı səbəbdən baş verməsinə gəlincə, Nadirin 22 yaşlı dostu Elçin Abbasovun köynəyinə gözü düşüb. Həmin köynəyi bir neçə dəfə geyinmək üçün dostundan istəyib. Lakin Elçin köynəyini ona verməkdən imtina edib. Elə bunun üstündə onlar arasında mübahisə düşüb. Söhbəti məktəbin həyətində davam etdirmək üçün görüş təyin ediblər. Lakin Nadir "problem"ini sözlə yox, bıçaqla həll edib. Cibindəki bıçaqla Elçini vurub və qaçıb. Bir zərbə gəncin həyatını yarıda kəsib.
Mərhum Elçin Abbasov tibb avadanlıqlarının satışı ilə məşğul olurmuş.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.