Komitə sədri: "Ölkədəki dini icmaların fəaliyyəti qənaətbəxt deyil"
28 Oktyabr 2014 16:38
"Ölkədəki dini icmaların fəaliyyəti qənaətbəxt deyil". Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib. O, həmçinin ölkədə qeyri-ənənəvi təriqətlərin güclənməsinin səbəblərini də açıqlayıb. Ölkədə fəaliyyət göstərən 1500-dən çox məscidin təqribən 8-9-u qeyri-ənənəvi dini təriqətlərin təsiri altındadır. Bununla belə, onların təbliğatı ənənəvi dini təriqətlərdən daha güclü aparılır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bunun səbəblərini açıqlayıb.
Sədr müavini bildirib ki, bu məsələdə yerlərdəki dini icmaların üzərinə böyük məsuliyyət düşür. Lakin təəssüf ki, bu cür vacib dövrdə bəzi dini icmaların fəaliyyətində passivlik müşahidə olunur.
Qeyd edək ki, təkcə şimal-qərb bölgəsində 117 dini icma qeydiyyatdan keçib. Onlardan 113-ü İslam, 4-ü isə qeyri-İslam dininə mənsub icmalardır.
Milli.Az