Azərbaycanda son vaxtlar bədii filmlərin çəkilişi intensiv hal alıb. Bu sahədə artıq uğurlar da əldə olunub. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hazırda çəkilişi davam edən filmlərdən biri "Qırmızı bağ" filmidir. Əsas çəkilişləri Şəkidə aparılan filmin yaxın zamanlarda ekranlara çıxacağı gözlənilir. Filmin çəkilişinə 2011-ci ildən başlanılıb. Əvvəlcə bu iş "Səlnamə" kinostudiyasına tapşırılmışdısa, sonradan Mədəniyyət və Turizm naziri
Əbülfəs Qarayevin qərarına əsasən, "Azərbaycanfilm" kinostudiyasına həvalə olunub.
Təhvil-təslim işlərinə görə, çəkiliş prosesində ləngimələr yaranıb.
Müşfiq Hətəmovun sözlərinə görə, filmdə təqribən 50 nəfər rol alacaq. Baş rolları isə
Maksud Məmmədov,
Gülzar Qurbanova,
Taleh Bədiyev,
Xanlar Həşimzadə oynayır. Çəkilişlər, əsasən, Şəkidə aparılır, son səhnələr isə Gəncədə qurulacaq. Filmin ssenari müəllifi və rejissoru
Mirbala Səlimli, quruluşçu operatoru
Maksim Drozdov, rəssamı isə
Lyanid Karpovdur. Film adından göründüyü kimi, yarpaqların qızardığı payız mövsümünə təsadüf edir. Filmdə insanın öz eqaizminə necə qalib gəlməsi sərgilənir.
Filmin ideyasına görə, təbiətin bir parçası olan insan təbiəti qorumalıdır.
Bu il Azərbaycan kinosu üçün əlamətdardır. Qeyd edək ki, ötən il İsmayıllıda çəkilən "Nabat" filmi Oskar mükafatına namizəd kimi təqdim edilib. Ümumiyyətlə isə Azərbaycanın istehsalı olan filmlər Kaan, Karlavali, Venesiya kimi dünyanın 18-ə yaxın məşhur beynəlxalq festivallarına dəvət alıb.
"Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov: "Hazırda "Qırmızı bağ" filmi ilə yanaşı, Yavər Rzayevin "Xeyirlə şərin rəqsi", Cavid Təvəkkül və Rafiq Əliyevin "Dəyərli adlar", Elxan Cəfərovun "Əsgərin şücaəti", İlqar Səfatın "İçərişəhər" filmlərinin çəkilişi davam edir. Yaxın zamanlarda həmin filmlərin ekranlara çıxacağı gözlənilir.
Milli.Az