Həmcinslərini fahişəliyə cəlb edən qadın İnterpola verildi - FOTO
28 Oktyabr 2014 17:10
Qadın Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarılır
Azərbaycanda həmcinslərini fahişəliyə cəlb edən qadın beynəlxalq axtarışa verilib.
Anspress-in İnterpolun saytına istinadən verdiyi məlumata görə, Füzuli rayon sakini, 1962-ci il təvəllüdlü Almaz Abbasova Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarılır.
Azərbaycan bunun üçün İnterpolun xidmətinə müraciət edib.
Qeyd edək ki, Almaz Abbasova Azərbaycanda qadınları fahişəliyə cəb etməkdə günahlandırılır.
Onun ölkə hüdudlarından kənara çıxdığı güman edilir.