Azərbaycanlı müğənni: "Əcnəbi ilə ailə qurmaq ayıb deyil"

28 Oktyabr 2014 16:49
Müğənni Yeganə Mürsəlova ailəsindən danışıb
Milli.Az axşam.az-a istinadən bildirir ki, "5/5" verilişində qonaq olan sənətçi sevmədən yaşaya bilməyəcəyini deyib.

O, aparıcının "Niyə əcnəbi ilə ailə qurdun? İndi həyat yoldaşınla ayrı qalırsan" sözlərinə belə cavab verib:
"Mən sevməsəm, yaşaya bilmərəm. Sevirəm. Əcnəbi ilə ailə qurmaq ayıb deyil. O qədər insan var ki, gedib rus qızları ilə evlənib. Sadəcə, mən efir adamı olduğum üçün bu məsələ qabardılır. Onunla ayrı qalmırıq. İşlərimizlə əlaqədar hərəmiz öz ölkəmizdəyik. Hazırda həyat yoldaşım Türkiyədədir. Amma həftə sonu yanımıza gələcək. Mənim də vaxtım olanda Türkiyəyə gedirəm".

Qeyd edək ki, Yeganə Mürsəlova türkiyəli iş adamı Fatehlə ailə qurub. Cütlüyün Ömər adında bir oğlu var.

Milli.Az