"Bu şəxsə Nobel sülh mükafatının təqdim olunması, sadəcə, olaraq şouya hesablanıb"
28 Oktyabr 2014 16:42
"Düşünmürəm ki, Leyla Yunusun Nobel sülh mükafatına namizədliyinin irəli sürülməsinə dair ermənilərin planı istintaqa hansısa bir təzyiq vasitəsi olsun". Bunu SİA-ya millət vəkili Rauf Əliyev deyib.
Deputatın sözlərinə görə, hazırda Leyla Yunusun istintaqı gedir və onun saxlanılmasının səbəbləri də məlumdur: "Bu şəxsi küçədən tutub həbsə salmayıblar. Təbii ki, ermənilər L.Yunusun bu həbsinə min cür don geyindirib onun müdafiəsinə qalxacaqlar. Amma ümumilikdə hesab edirəm ki, bütün bu olayların Azərbaycan istintaqına heç bir aidiyyəti yoxdur. Bu şəxsə Nobel sülh mükafatının təqdim olunması, sadəcə, olaraq şouya hesablanıb. Amma biz məsələnin nə yerdə olduğunu bilirik".
Milli.Az