Sileyi-rəhim telefonla zəng etmək vasitəsi ilə icra edilə bilərmi?

28 Oktyabr 2014 19:39
Milli.Az islam.az-a istinadən bildirir ki, islamda çox təkid edilən əməllərdən biri də qohumlarla sıx mehriban münasibət saxlamaqdır (sileyi-rəhim). Hədislərdə buyurulur ki, cileyi-rəhim ömrü uzadar. Əksinə, bundan çəkinən adam Allahın qəzəbinə gələr. Sileyi-rəhmə riayət edənlər qiyamət günündə sırat körpüsündən rahat keçərlər.

Əlbəttə, sileyi-rəhmi əyani şəkildə həyata keçirmək daha yaxşıdır. Əgər aradakı məsafə çox uzaqdırsa və ya vaxt yoxdursa, bunu məktub, telefon zəngi vasitəsilə də etmək olar. Amma əyani görüş imkanı yarananda canlı olaraq görüşmək də gərək unudulmasın.

Milli.Az