Namaz surələrini hissə-hissə oxumaq olarmı?
28 Oktyabr 2014 22:22
Milli.Az islam.az-a istinadən bildirir ki, namazın birinci və ikinci rükətlərində Fatihədən sonra vacib səcdə ayəsi olmayan hər hansı surəni oxumaq lazımdır. Cəfəri məzhəbinə görə, bu surə bütöv oxunmalıdır, onun yarısını oxumaq və ya iki hissəyə bölmək olmaz. Əhli-sünnə məzhəbində isə surəni yarımçıq oxumağa da icazə verilir. Hətta bəzi Quran nüsxələrində mətnin haşiyəsində rüku işarəsi qoyulur. Bunun mənası odur ki, iki rüku işarəsi arasındakı hissəni namazda oxumaq daha yaxşıdır. Bu, əhli-sünnə məzhəbinə uyğun bir qaydadır.
Milli.Az