Məhərrəmlikdə bədənə xəsarət olmaz

28 Oktyabr 2014 20:56

Məhərrəm ayında əzadarlıq edənlər müsəlmanlar arasında ikitirəlik yaradan işlərdən çəkinməlidirilər.

Milli.Az salamnews-a istinadən bildirir ki, bunu islam dünyasının tanınmış müctəhidlərindən olan ayətullah Məkarim Şirazi bildirib.

Ayətullah Şirazi Məhərrəm ayı ilə əlaqədar verdiyi bəyanatda müsəlmanları əzadarlıq edərkən bədənə xəsarət yetirməməyə, şiə məzhəbini gözdən salabiləcək işlərdən uzaq olmağa və müsəlmanlar arasında ixtilaf yaradan məsələlərdən çəkinməyə çağırıb: "Məhərrəmlik əzadarlığı imamların razı qalacaqları kimi keçirilməlidir. Kərbəla şəhidlərinin şəninə və şəxsiyyətinə yaraşmayan, onları gözdən salan yüngül işlərdən çəkinmək lazımdır. Əzadarlıq zamanı müsəlmanlar arasında ixtilafa səbəb olacaq işlərdən uzaq durmaq lazımdır. Xüsusilə qəmə ilə baş yarmaq, bədənə digər xəsarətlər yetirmək, digərlərinin müqəddəs bildiklərini alçaltmaq kimi işlər şiə dünyası üçün bir zərbədir və düşmənlər bundan sui-istifadə edə bilərlər".
 

Milli.Az