Porsche və Mercedes hədəf seçdilər

29 Oktyabr 2014 20:15
Ekspertlər insanların elektromobillərə göstərdikləri marağa əsaslanaraq yaxın illər ərzində elektromobil bazarının artımını proqnozlaşdırırlar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu marağın artımına səbəbkar S modelini durmadan reklam edən Tesladır.

Baş verənlər alman avtomobil istehsalçılarını perspektiv seqmentə diqqət yetirməyə məcbur edib. Bu mövzu Porsche və Mercedes-Benz mühəndislərini strategiyalarını yenidən nəzərdən keçirməyə vadar edib və onlar sadə alıcılara daha yaxın olmaq üçün sedan tipli avtomobillərin istehsalı istiqamətində səylərini artıracaqlar.

Məlumdur ki, Mercedes-Benz şirkəti hazırda Teslanın S və ya E klass avtomobillərinə oxşar modellər üzərində işləyir, hansı ki, akkumulyatoru bir dəfə enerji ilə yükləyərək 400 kilometr sürə bilər.

Porsche isə elektromühərrik ilə təchiz edilmiş sedan üzərində işlər aparır və bu yeni model Panamera modelinə çox yaxın olacaq.

Bütün bunlar Tesla üçün heç də ürəkaçan xəbərlər deyil.

Çünki şirkət elektromobil bazarında liderliyini itirə bilər. Lakin bu, o qədər də tez müddətdə baş verməyəcək, çünki Mercedesin yeni elektromobili satışa 2021-ci ildə çıxarılacaq, Porsche isə yeni məhsulunu bazara 2018-ci ildən tez çıxarmaq niyyətində deyil.

Milli.Az