Hakerlər NATO-ya hücum edirlər

28 Oktyabr 2014 18:58
Wall Street Journal qəzeti yazıb ki, kompüter təhlükəsizliyi üzrə ixtisaslaşmış ABŞ-ın FireEye şirkəti hesab edir ki, Rusiyada fəaliyyət göstərən APT28 adlı hakerlər qrupu daima NATO və ABŞ-ın müttəfiqlərinə məxsus məlumatları ələ keçirirlər.

Artıq çoxdan məlumdur ki, Rusiya kompüter şəbəkələrində mürəkkəb əməliyyatların həyata keçirilməsi imkanları üzrə lider dövlətlərdən biridir - FireEye şirkətinin mütəxəssisləri bildiriblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, FireEyenin nümayəndələri hesab edirlər ki, APT28 haker qruplaşması təxminən 2007-ci ildən NATO ilə bağlı şəxslərə və strukturlara qarşı kiberhücumlar həyata keçirir.

FireEye şirkəti öz iddialarına sübut kimi ona göstərir ki, kiberhücumlarda istifadə edilmiş proqram kodunun bir hissəsi rus dilində qeydlərlə yazılıb. Şirkətin mütəxəssisləri hesab edirlər ki, APT28 haker qrupu, əsasən siyasi və ya geosiyasi xarakterli informasiya ilə maraqlanırlar.

Milli.Az