Milli.Az ICTnews-a istinadən bildirir ki, Çexiya və Slovakiyada da müvafiq nəticə qeydə alınıb, regionda adambaşına minimal (1) cihaz Ukraynadadır.
Googleun məlumatına görə, rusiyalıların təxminən 28%-i planşetdən istifadə edir: bu, həmçinin regionda ən yüksək göstəricidir. Həmçinin Estoniya və Çexiyada planşetlər geniş yayılıb (20%), Ukrayna isə bu göstərici (7 faiz) üzrə yenə sonuncudur. Bununla belə, Sinqapurda respondentlərin 85%-i, Çində 70%-i, Böyük Britaniyada isə 68%-i planşetlərdən istifadə edir.
Rusiyada istifadəçilərin təxminən 79%-i gündəlik internetə daxil olur. 16-34 yaşlı rusiyalılar arasında gündəlik aktiv istifadəçilərin payı 90%-i ötür, ancaq 55 yaşdan yuxarı insanların təxminən 70%-i, həmçinin hər gün internetə daxil olur. Yaponiya gündəlik aktiv internet istifadəçilərinin sayına görə dünyada liderdir.
Rusiyada respondentlərin təxminən 75%-i sosial şəbəkələrdən istifadə edir. Ancaq Rusiya bu göstəriciyə görə Türkiyə (92%), Argentina (86%) və ya Braziliyadan (84%) geri qalır.
İnternetdə onlaynşopinq sürətlə populyarlaşır. Googleun sorğusu zamanı hər üçüncü respondent məhz internet üzərindən geyim və ya ayaqqabı satın alıb.
İstehlak barometri Googleun ödənişsiz statistika xidmətdir. Dünyanın 47 ölkəsində insanların şəbəkəyə çıxışı üçün internet və qurğulardan istifadəsini araşdırır.
Milli.Az