Yeni, yığcam Mazda

28 Oktyabr 2014 19:16
Mazda şirkəti yeni yığcam CX-3 krossoverin ilk tizerini yayıb. Avtomobilin rəsmi prezentasiyası noyabrın sonunda Los-Anceles avtosalonunda nəzərdə tutulub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, şirkətin rəsmi açıqlamasında deyildiyi kimi yeni model KODO firma dizaynına və Skyactiv texnoloji dəstinə sahib olacaq. Bununla belə Mazda CX-3 mühərrik sırası haqqında heç bir rəsmi açıqlama olmayıb.

Milli.Az