Yeni Detroit Electric - FOTOSESSİYA

29 Oktyabr 2014 19:16
Detroit Electric satışları gələn ilin əvvəlində başlayacaq SP:01 sportkarın seriya versiyasının yeni şəkillərini dərc edib. Adının Detroit Electric SP:01 olmasına baxmayaraq avtomobil İngiltərədə istehsal ediləcək və dünyanın bir çox avtomobil bazarlarında satışa çıxarılacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, konsept kimi Detroit Electric SP:01 seriya versiyası da Lotus Exige bazasında buraxılacaq. Sportkar satışa başlanğıcda elan olunduğundan daha az güclü mühərriklə çıxarılacaq. Lakin bu onun konseptə nisbətən daha sürətli olmasına maneə törətmir. Avtomobil seriyaya 278 a.g. və 280 Nm fırlanma anı hasil edən mühərriklə buraxılacaq. Beləliklə, avtomobil 0-100 km/saat sürətlənməyə 3,7 saniyə vaxt sərf edəcək. Maksimal sürət 250 km/saat ilə məhdudlaşdırılıb. Akumulyator bir tam doldurulma ilə 288 km məsafə qət edə biləcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.