Brabus tüninqli Mercedes-Benz GLA - FOTOSESSİYA

29 Oktyabr 2014 21:55
Brabus şirkəti Mercedes-Benz GLA 45 AMG modeli üçün yeni tüninq paketi hazırlayıb. Ona aerodinamik asmalarla birgə yeni staylinq-kit daxildir. Model ön və arxa bamperlər, öndə və damda spoylerlər və arxa diffuzor əldə edib. Mercedes-Benz GLA 45 AMG alt hissəsi isə işıqdiod işıqlandırma sistemi ilə təchiz edilib. Tüninq paketin xarici tərəfini iri ölçülü təkər diskləri tamamlayır. Brabus 18 - 21 düym arasında bir neçə komplekt disk təklif edir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Brabusun təklif etdiyi yolsuzluq asqısı Mercedes-Benz GLA 45 AMG standart asqısından 30 mm çox, idman asqısı isə 25 mm azdır. Salon təbii dəri ilə işlənib, döşəməyə isə Brabus firma ayaqaltıları döşənib. Pedallar alüminiumdan hazırlanıb.

Kapotun altında 2,0 litrlik dörd silindrli yenilənmiş turbo mühərrik quraşdırılıb. Onun məhsuldarlığı 242 at gücünədək artırılıb. Brabusdan Mercedes-Benz GLA 45 AMG ilk "yüzlüyə" sürətlənmək üçün 6,7 saniyə vaxt sərf edir və maksimal sürəti 250 km/saat ilə məhdudlaşdırılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.